“Bu məsələ ilə bağlı şərh verməyəcəyəm, bu düzgün olmazdı” - Paşinyan

2026/06/1782365195.jpg
Oxunub: 267     13:32     25 İyun 2026    
“Hakimiyyətin legitimliyinin yeganə mənbəyi xalqdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 25-də keçirilən brifinq zamanı yeddi siyasi qüvvənin müraciəti əsasında sabah baş tutacaq Konstitusiya Məhkəməsinin iclası ilə bağlı suala cavab verərkən bildirib.

“Bu məsələ ilə bağlı şərh verməyəcəyəm, bu düzgün olmazdı. Mövqeyimiz Konstitusiya Məhkəməsində təqdim ediləcək. Legitimliyə gəldikdə isə, unutmaq olmaz ki, legitimliyin yalnız bir mənbəyi var və bu, xalqdır. Xalq özü qiymətləndirir və seçim edib-etmədiyinə qərar verir. Hətta adi müşahidə ilə də görünür ki, xalq öz seçimini edib”, - deyə Paşinyan bildirib.

O əlavə edib ki, “Vətəndaş Müqaviləsi” partiyası prosesdə üçüncü tərəf qismində iştirak edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin