Ordu.az xəbər verir ki, bunu İraq Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafa "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, türkman irsinin yaşadılması üçün onun gələcək nəsillərə ötürülməsi qaçılmazdır: "Gənclərin bu sahəyə olan marağını artırmalı, türkman tarixini, mədəniyyətini yaşatmalıyıq".
Mərkəz sədri qeyd edib ki, digital platformalarda bu istiqamətdə maarifləndirmə tədbirləri genişləndirilməlidir: "Türkman irsini qorumağın ən effektiv yolu dilə, mədəniyyətə, milli kimliyə sahib çıxmaqdır".
Ordu.az