Türkiyə MMN: TAYFUN “Blok-2” raketləri TSQ-nın inventarına daxil olub, ilin sonuna qədər iki C-130J təhvil alınacaq

2026/06/1782386400.jpg
Oxunub: 318     15:18     25 İyun 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi həftəlik mətbuat brifinqində Türkiyə Silahlı Qüvvələrinin inventarı ilə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, nazirlik Quru Qoşunları Komandanlığına müəyyən sayda TAYFUN “Blok-2” raketinin təhvil verildiyini açıqlayıb.

Bildirilib ki, ilin sonuna qədər iki ədəd C-130J nəqliyyat təyyarəsinin Hərbi Hava Qüvvələri Komandanlığının inventarına daxil edilməsi planlaşdırılır. Bununla yanaşı, NATO-nun Daimi Müdafiə Planı çərçivəsində Almaniyaya məxsus bir ədəd “Patriot” hava hücumundan müdafiə sisteminin Malatyanın Kürecik bölgəsində yerləşdirildiyi açıqlanıb.

Nazirliyin məlumatına görə, yerli və milli müdafiə sənayesi məhsullarının inventara daxil edilməsi istiqamətində fəaliyyət davam etdirilir.

“Quru Qoşunları Komandanlığının inventarına müəyyən sayda TAYFUN “Blok-2” raketi təhvil verilib”, - deyə açıqlamada qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin nəqliyyat təyyarələrinə olan tələbatının qarşılanması məqsədilə həyata keçirilən C-130J tədarük proqramının da plan üzrə davam etdiyini bildirib.

“Hərbi Hava Qüvvələrimizin ehtiyacları istiqamətində həyata keçirilən təyyarə tədarük prosesi planlaşdırılmış qrafikə uyğun davam edir. Mövcud planlamaya əsasən, ilin sonuna qədər iki ədəd C-130J təyyarəsinin inventara daxil edilməsi hədəflənir”, - deyə məlumatda vurğulanıb.

Nazirlik həmçinin bildirib ki, NATO Daimi Müdafiə Planı çərçivəsində alyansın hava müdafiə qabiliyyətlərinin gücləndirilməsi məqsədilə Almaniyaya məxsus bir ədəd “Patriot” hava hücumundan müdafiə sistemi Malatyanın Kürecik bölgəsində yerləşdirilib.

Məlumata görə, həmin sistem 2026-cı il iyunun 24-də eyni bölgədə yerləşən ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemindən növbəni təhvil alaraq xidmətə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MMN   TAYFUN   TSQ  


Bizi "telegram"da izləyin