Müxalif erməni siyasi xadimin evində axtarışın səbəbi məlum olub

2026/06/1782382408.jpg
Oxunub: 211     14:11     25 İyun 2026    
Artıq bir neçə saatdır ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri Gümrüdə “Ana Ermənistan” fraksiyasının bələdiyyə üzvləri qrupunun rəhbəri Karen Simonyanın mənzilində axtarış aparırlar.

Ordu.az xəbər verir ki, Karen Simonyanın köməkçisi “News.am”a açıqlamasında axtarışın hansı iş çərçivəsində aparıldığını bilmədiklərini deyib.

Karen Simonyan jurnalistlərlə söhbətində hər şeyin qaydasında olduğunu və sona qədər mübarizə aparacaqlarını bildirib.

“Mən vəkillə məsləhətləşmişəm, hər şey normaldır”, - deyə Simonyan qeyd edib.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, axtarışlar “Hayastan” blokunun tərəfdarları tərəfindən seçki rüşvətinin verilməsi və alınması faktları ilə bağlı başlanmış cinayət işi çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, Karen Simonyan “Hayastan” blokundan deputatlığa namizəddir. Hüquq-mühafizə orqanları bir gün əvvəl onun da iştirak etdiyi iddia olunan növbəti səs yazısını yayımlamışdı.

Qeyd edək ki, iyunun 22-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ehtimal olunan seçki rüşvəti ilə bağlı növbəti səs yazısını dərc etmişdi. Həmin telefon danışığında Karen Simonyanın adı da hallanırdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin