Zelenski: "Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib"

2026/06/1780994107.jpg
Oxunub: 197     13:38     25 İyun 2026    
Ukrayna Ufada (Rusiya) iki neft emalı zavoduna - "Başneft-Ufaneftexim" və "Başneft-Novoyl"a zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

"Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidməti Ufadakı iki neft emalı zavoduna - "Başneft-Ufaneftexim" və "Başneft-Novoyl"ə zərbə endirib. Bu, cəbhə xəttindən 1500 kilometr aralıdadır", - o qeyd edib.

V.Zelenski həmçinin təsdiqləyib ki, iyunun 25-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarında, cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən neft anbarına zərbə endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin