Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Panorama.am” nəşrinin yazılı sorğusuna cavab olaraq hökumətin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.
Verilən cavabda qeyd olunub: “Dövlət sirri haqqında” Ermənistan qanununun 8-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinin c alt bəndinə əsasən, bu, dövlət sirri kimi təsnif edilir. “İnformasiya azadlığı haqqında” qanunun 8-ci maddəsində göstərilir ki, informasiya sahibi məlumatda dövlət, bank, kommersiya sirləri və ya məhdud yayılan rəsmi məlumatları ehtiva etdikdə, məlumat verməkdən imtina etməlidir”.
Rəsmi cavaba görə, səfər zamanı Paşinyanın arvadını bir protokol əməkdaşı müşayiət edib, onun ezam edilməsinin faktiki xərclərinin ümumi məbləği 450 601 dramı təşkil edib ki, bunun da 164 868 dramı sutkalıq xərcin, 22 666 dramı gecələmə xərcinin, 61 067 dramı isə aviabiletin payına düşür.
Alpər Mövludoğlu
Ordu.az