Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi Almaniya ordusunun Quru Qoşunlarının sözçüsünə istinadən məlumat yayıb.
Məlumata görə, yeni “vətən mühafizəsi” birliyi fəal və ehtiyatda olan hərbi qulluqçulardan ibarət olacaq.
Birlik hər hansı bir gərginlik, müdafiə və ya böhran vəziyyətində limanları, dəmir yollarını, yük daşıma məntəqələrini, boru kəmərlərini, rəqəmsal infrastrukturu və hərbi tranzit marşrutlarını qorumaq vəzifəsini öz üzərinə götürəcək.
Bu birlik həm də Almaniyanın NATO üçün əməliyyat bazası və mərkəzi rolunu təmin etməyi hədəfləyir. Sülh dövründə birliyə bağlı hərbi qulluqçular fəlakətlər, epidemiyalar və terrorizm kimi vəziyyətlərə təyin edilə bilər.
Sevinc Əliyeva
Ordu.az