Fransa müdafiə sənayesində ixracı artırmağı hədəfləyir

2025/01/1736749707.jpg
Oxunub: 454     12:52     18 Yanvar 2025    
2024-cü ildə 18 milyard avroluq müdafiə ixracatına nail olan Fransa 2025-ci ildə planlaşdırılan büdcə artımı ilə yenidən rekord qırmaq istəyir.

Ordu.az xəbər verir ki, Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü Fransanın müdafiə ixracının ötən il 18 milyard avronu keçərək, 2024-cü ili “tarixinin ən yaxşı ikinci ili” halına gətirdiyini bildirib.

Qlobal hərbi xərclər davam edən qarşıdurmalar səbəbiylə eksponent olaraq artarkən, Lekornü bildirir ki, Fransa müdafiə sənayesi bu əlverişli, lakin şiddətli rəqabət mühitində bu fürsəti qaçırmamalıdır.

Nazir bu kontekstdə süni zəka kimi texnologiyalarla da damğa vurmağın və bu sahədə də ixracat həyata keçirməyin zəruri olduğunu vurğulayıb.

“Biz daha innovativ və çevik həllər yaratmağa cəsarət etməliyik, həmçinin sabahın daha asan, daha böyük miqdarda və daha az xərclə istehsal oluna bilən silahlarını icad etməliyik. Həyata keçirdiyimiz müharibə iqtisadiyyatı, həmçinin müdafiə sənayemizi ixrac bazarında, xüsusən də çatdırılma müddətləri və qiymətlər baxımından daha rəqabətli etməlidir”, - deyə Lekornü əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin