“Kaspersky” “Kibermüdafiə və süni zəka: təşkilatınızı qorumağa hazırsınızmı?” adlı son araşdırmasının nəticələrini paylaşıb

2025/01/SL-vu-1737017885.jpg
Oxunub: 426     12:25     16 Yanvar 2025    
“Kaspersky” “Kibermüdafiə və süni zəka: təşkilatınızı qorumağa hazırsınızmı?” adlı son araşdırmasının nəticələrini paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Şirkətin açıqlamasına görə, “Kaspersky” son araşdırmasında kiçik və orta müəssisələrdə, habelə iri müəssisələrdə İnformasiya Təhlükəsizliyi (İT) və İT mütəxəssislərinin fikirlərini toplayıb.

Araşdırmanın nəticələrinə görə, Türkiyədə İT mütəxəssislərinin 96 faizi kiberhücumlarda Süni Zəkadan (SZ) istifadənin artacağını proqnozlaşdırır.

Tapıntılar SZ ilə dəstəklənən kiberhücumlara təcili hazırlaşmağın vacibliyini vurğulayır. Sorğuda iştirak edən 10 nəfərdən 9-u yaxın 2 ildə SZ ilə dəstəklənən hücumların əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır.

İnkişaf edən təhdidlərlə mübarizə aparmaq üçün şirkətlər kibertəhlükəsizlik təcrübəsinə böyük əhəmiyyət verirlər. Respondentlərin 96 faizi şirkətdaxili işçilərə təlim verməklə, daxili təcrübənin artırılmasının vacibliyini vurğulayarkən, 91 faizi kibertəhlükəsizlik tədarükçüləri tərəfindən təmin edilən xarici ekspertiza ehtiyacını qeyd edirlər.

Bu ehtiyac pərakəndə satışdan kritik infrastruktura qədər müxtəlf sektorları əhatə edir və qabaqcıl təhlükədən qorunma üçün universal tələbi vurğulayır. Təşkilatlar kibermüdafiələrini gücləndirmək üçün həm daxili, həm də xarici təcrübəni fəal şəkildə inteqrasiya edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaspersky   Kibermüdafiə   Türkiyə  


Bizi "telegram"da izləyin