KİV: Fransa, Almaniya və Polşa XİN başçıları Trampın andiçməsindən sonra ABŞ-yə səfər edəcəklər

2024/12/1734016588.jpg
Oxunub: 417     19:52     08 Yanvar 2025    
Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Annalena Berbok, Jan-Noel Barro və Radoslav Sikorski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra Vaşinqtona səfər etməyi planlaşdırırlar.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” üç avropalı diplomata istinadən məlumat yayıb.

“Xarici siyasət idarələrinin rəhbərləri bununla Avropanın birliyini nümayiş etdirmək istəyirlər”, - qəzetin müsahibləri bildiriblər.

Səfərin tarixi hələ təsdiqlənməyib, detalları isə müzakirə olunur. Agentliyin məlumatına görə, Almaniya, Fransa və Polşa XİN başçılarını Avropa diplomatiyasının rəhbəri Kaya Kallas müşayiət edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Almaniya   Polşa   Tramp  


Bizi "telegram"da izləyin