Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Lianna Qasparyan məlumat verib.
Onun sözlərinə görə, Ermənistan Apellyasiya Cinayət Məhkəməsi Aleksanyan barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib.
Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi 2026-cı il iyunun 2-də yaydığı məlumatda bildirmişdi ki, “Güclü Ermənistan”ın tərəfdarı olan A.A. 2025-ci il sentyabrın 9-dan etibarən “Bizim üsulla milli dəyərlərin qorunması” ictimai təşkilatının təsisçisi və icraedici orqanının rəhbəri olub.
İstintaqın versiyasına görə, S.K.-nın tərəfdarları, “Bizim üsulla” ictimai təşkilatı və “Güclü Ermənistan” partiyası tərəfindən 2025-ci ilin sentyabrından 2026-cı ilin may ayına qədər Ermənistanda keçirilən mitinq və aksiyalara iştirakçı cəlb etmək məqsədilə A.A. müxtəlif bölgələrdə fəaliyyət göstərən təşkilat ofislərində təxminən 1400 vətəndaşı formal şəkildə işə götürüb.
Bildirilir ki, həmin şəxslərdən 400-dən çoxu eyni zamanda başqa şirkətlərdə də çalışıb.
Alik Aleksanyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 2-ci hissəsi ilə (toplantıda iştirak məqsədilə maddi maraqlandırma) və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə (xüsusilə külli miqdarda pul yuyulması) ictimai cinayət təqibi başlanılıb.
Alpər Mövludoğlu
Ordu.az