Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, eyni dövrdə daha 12 179 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilir ki, İsrail Livanın cənub bölgələrinin bir hissəsini nəzarətdə saxlamaqda davam edir. Həmin ərazilərin bir qismi onilliklər ərzində İsrailin nəzarəti altında olub, digər hissələri isə 2023-2024-cü illərdə baş vermiş müharibə zamanı nəzarətə götürülüb.
Son hərbi əməliyyatlar zamanı İsrail qüvvələri Livan ərazisinin 10 kilometrdən artıq dərinliyinə qədər irəliləyib.
Məlumata görə, ABŞ və İran arasında yaxın vaxtlarda imzalanmış anlaşma memorandumu bir neçə cəbhədə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
Sənəddə tərəflər arasında uzunmüddətli sülh sazişinə nail olunması istiqamətində səylərin davam etdirilməsi vurğulanır.
Sevinc Əliyeva
Ordu.az