Kobaxidze: “ Zurabişviliyə verilən “Strekoza” ləqəbini hamı bilir”

2026/06/1782408924.jpg
Oxunub: 243     21:27     25 İyun 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçmiş Prezident Salome Zurabişvilini sərt tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

Kobaxidzenin sözlərinə görə, Salome Zurabişvili hakim komanda üçün tamamilə maraqsız fiqurdur.

“Hər kəs Salome Zurabişvilinin kim olduğunu bilir. Onun ləqəbini də xatırlatmaq istəyirəm: “Strekoza”. “Strekoza” başqaları haqqında danışmamalıdır. Bu barədə deyə biləcəyim budur. Bu şəxs bizim üçün tamamilə maraqsızdır”, - deyə Gürcüstanın Baş naziri bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Zurabişvili   Gürcüstan  


Bizi "telegram"da izləyin