Ordu.az xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanması məlumat yayıb.
Ayın sonuna qədər davam edəcək təlimlərdə 30 ölkənin donanması, 31 yerüstü gəmi, 5 sualtı qayıq, 197 təyyarə və 1100 dəniz piyadası da daxil olmaqla 30.000 hərbi qulluqçu iştirak edir.
Təlim komandiri ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Ceffri Kablonun sözlərinə görə, iştirakçılar sualtı qayıqlara qarşı müharibə və hava hücumundan müdafiə əməliyyatları, desant qoşunları, sahil minalarının təmizlənməsi, humanitar yardım, fəlakətlərin aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatları üzrə məşqlər edəcəklər.
Vitse-admiral bildirib ki, bu tipik RIMPAC əməliyyatları ilə yanaşı, təlimə pilotsuz sistemlərdən istifadə etməklə 30-35 təcrübə də daxil olacaq.
Ordu.az