Paşinyanın komanda yoldaşı: “Qarabağdan köç etmiş şəxslərin qayıdışı olmayacaq”

2026/06/1782408310.jpg
Oxunub: 221     21:19     25 İyun 2026    
“Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərin Qarabağa qayıtması ilə bağlı məsələ qapalı dairə yaradır və bu zəncir qırılmalıdır”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament deputatı Vahaqn Aleksanyan deyib.

Onun sözlərinə görə, sözügedən məsələ süni şəkildə şişirdilir və yalnız radikal müxalifətin maraqlarına xidmət edir.

Aleksanyan bildirib ki, Qarabağdan könüllü köç etmiş şəxslərin qayıdışı olmayacaq.

Erməni deputat qeyd edib ki, müxalifət bu mövzudan küçə mübarizəsi aparmaq və ictimai rəyə təsir göstərmək məqsədilə istifadə etməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aleksanyan  


Bizi "telegram"da izləyin