ABŞ və Fars körfəzi ölkələri İranla ticarət üçün şərtlər açıqlayıblar

2026/05/1779686410.jpg
Oxunub: 232     21:27     25 İyun 2026    
ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri İranla hər hansı ticarət və investisiya əlaqələrinin Tehranın Vaşinqtonla anlaşma memorandumuna əməl etməsindən asılı olacağını bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Manamada keçirilən nazirlər görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

"Nazirlər bir daha təsdiqləyiblər ki, İranla bütün ticarət və investisiyalar şərtidir və geri götürülə bilər, çünki bu, İranın Anlaşma Memorandumuna və yekun razılaşmaya sadiq qalmasından, sabitliyi pozan davranışlarına son qoyulmasından və iqtisadi əməkdaşlıq üçün zəruri şəraitin yaradılmasından asılı olaraq qalır", - deyə sənəddə qeyd edilib.

Tərəflər iyunun 17-də ABŞ-İran memorandumunun imzalanmasını alqışlayıb, Qətər və Pakistanın vasitəçilik səylərini qeyd ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Körfəz   İran  


Bizi "telegram"da izləyin