Ordu.az xəbər verir ki, itkin düşən şəxslərin yaxınları barədə məlumat toplamaq məqsədilə xüsusi internet saytı yaradılıb.
Hazırda 26 086 nəfər rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Saytda ailələr hələ də tapılmayan yaxınlarının fotolarını da yerləşdirirlər.
Məlumata görə, bundan əvvəl itkin düşmüş elan olunan 1200-dən çox şəxs artıq tapılıb.
BMT bildirib ki, yaxın günlərdə Venesuelaya və zərərçəkən əhaliyə yardım göstərilməsi üçün genişmiqyaslı beynəlxalq səylərə ehtiyac yaranacaq.
Liman şəhəri La-Quayrada 100-dən çox bina dağılıb.
Rəsmi məlumatlara əsasən, zəlzələ nəticəsində indiyədək 164 nəfər həlak olub.
Sevinc Əliyeva
Ordu.az