Ermənistanda hakim partiya üzvü parlament sədrinin müavini vəzifəsinə namizəd göstərilib

2026/06/1782408419.jpg
Oxunub: 211     21:23     25 İyun 2026    
“Ruben Rubinyanın parlament sədri vəzifəsinə namizəd göstərilməsi komanda daxilində sağlam rəqabətin nəticəsidir və bu, siyasi qüvvəni zəiflətmir, əksinə gücləndirir”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament deputatı Vahaqn Aleksanyan partiya idarə heyətinin qapalı iclasının nəticələrini şərh edərkən deyib.

O qeyd edib ki, namizədin lehinə verilən səslərin dəqiq sayını açıqlaya bilməz, çünki səsvermə gizli keçirilib və prosedura əsasən həmin məlumatların açıqlanması nəzərdə tutulmur.

“Bu vəzifəyə iddialı olan şəxslərin hamısı eyni komandanın üzvləridir və uzun illərdir birlikdə fəaliyyət göstərirlər”, - deyə Aleksanyan bildirib.

Aleksanyan vurğulayıb ki, özü parlament sədrinin müavini vəzifəsinə namizəd göstərilib.

Erməni deputat qeyd edib ki, idarə heyətinin üzvləri parlamentin inkişafı baxımından ən yaxşı perspektivləri nəzərə alaraq səs veriblər.

O, həmçinin seçkinin nəticələrinə görə fraksiya daxilində parçalanma və ya gərginlik yarandığı barədə iddiaları təkzib edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aleksanyan  


Bizi "telegram"da izləyin