Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, müvafiq qərar az əvvəl elan olunub.
Məhkəmə tərəflərin şikayətlərini qismən təmin edib. Təqsirləndirilən şəxslər Davit Hambardzumyan və Qor Hambardzumyanla bağlı əvvəlki qərar ləğv olunaraq iş yenidən birinci instansiya məhkəməsinə göndərilib.
Qor Hambardzumyan barəsində seçilmiş 2 milyon dram məbləğində girov qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.
Davit Hambardzumyan barəsində tətbiq olunan ev dustaqlığı qətimkan tədbiri inzibati nəzarətlə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Onun üçün müəyyən edilmiş 5 milyon dram məbləğində girov isə qüvvədə saxlanılıb.
Qərara əsasən, Hambardzumyana yaşayış yerini dəyişmək və iş üzrə zərərçəkmiş şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Hakim Kirakosyan işin birinci instansiya məhkəməsinə qaytarılması hissəsi ilə bağlı xüsusi rəyə malikdir.
Qərardan Ermənistan Kassasiya Məhkəməsinə şikayət verilə bilər.
Alpər Mövludoğlu
Ordu.az