Cənubi Koreya prezidentinin həbsinə dair orderin icra olunması tələb edilib

2025/01/1736149928.jpg
Oxunub: 378     11:33     06 Yanvar 2025    
Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi (CIO) polisdən impiçment elan edilmiş Prezident Yoon Suk Yeolun uğursuz hərbi vəziyyətə cəhdinə görə saxlanması üçün orderin icrasını tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.

Məlumata görə, Korrupsiyaya Qarşı İstintaq İdarəsi orderin müddətinin bitməsinə cəmi bir gün qalmış, bazar günü axşam saatlarında rəsmi sorğu təqdim edib.

İstintaq İdarəsi Yoon Suk Yeolun iqamətgahında təhlükəsizlik işçiləri ilə uzun sürən qarşıdurmadan sonra cümə günü orderin icrasını dayandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin