Türkiyədə ödənişli hərbi xidmət qiyməti bəlli olub

2025/01/1735975300.jpg
Oxunub: 711     11:40     06 Yanvar 2025    
Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı dekabr ayı inflyasiya rəqəmi ilə illik inflyasiya dərəcəsi müəyyən edilib.

Ordu.az xəbər verir ki, beləliklə, 2025-ci ildə qüvvədə olacaq ödənişli hərbi xidmət haqqının artırılması üzə çıxıb.

Yanvar-iyul aylarında ediləcək ödənişli hərbi xidmət ödənişləri 243 min lirə maaş tarifi əsasında qiymətləndiriləcək.

Türkiyə Milli Müdafiə Nazirliyi yaxın günlərdə dəqiqləşdirilmiş ödənişli hərbi xidmət rəqəmləri ilə bağlı açıqlama verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin