İtaliya sınaq məqsədli yeni ZDV-sini təhvil alıb

2025/01/2025--1735970624.jpg
Oxunub: 580     13:13     06 Yanvar 2025    
KF41 “Lynx” Zirehli Döyüş Vasitəsini (ZDV) almaq istəyən İtaliya ilk sınaq vasitəsini Almaniyanın “Rheinmetall” şirkətindən təhvil alıb.

Ordu.az xəbər verir ki, “Rheinmetall” İtaliyanın 2025-ci ilin ortalarına qədər ZDV-lərin ilk partiyası üçün yarım milyard avro (513 milyon dollar) dəyərində müqavilə imzalamağa hazırlaşdığı bir vaxtda sınaqdan keçirməsi məqsədilə İtaliya ordusuna “Lynx” ZDV-sinin sınaq versiyasını təhvil verib.

“Lynx” ZDV-si 2024-cü il dekabrın 30-da İtaliya ordusunun Roma yaxınlığındakı “Montelibretti” sınaq mərkəzinə göndərilib.

Məlumata görə, ZDV burada İtaliya ordusu və İtaliya müdafiə nəhəngi “Leonardo”nun mütəxəssisləri tərəfindən sınaqdan keçiriləcək.

Bu çərçivədə İtaliya ordusunun mövzu ilə bağlı verdiyi açıqlamada qeyd olunub: “Ordu mühəndisləri və sınaq ekspertləri “Lynx” ilə tanış olacaqlar, vasitənin hərəkətliliyini, qorumasını, atəş gücünü və qarşılıqlı fəaliyyət qabiliyyətini yoxlamaq üçün bir sıra qiymətləndirmələr aparacaqlar”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   ZDV  


Bizi "telegram"da izləyin