ASELSAN Şimali Makedoniyaya tədarükləri vaxtından əvvəl həyata keçirir

2025/01/2025--1735970417.jpg
Oxunub: 554     11:58     06 Yanvar 2025    
Şimali Makedoniya Atəşə Dəstək Komanda və İdarəetmə Sistemi Layihəsi müqaviləsi çərçivəsində Şimali Makedoniya Respublikasından olan nümayəndə heyətinin iştirakı ilə ASELSAN Gölbaşı Kampusunda zavod qəbulu sınaqları tamamlanıb.

Ordu.az xəbər verir ki, 2025-ci ildə keçirilməsi planlaşdırılan bu sınaqlar 2024-cü ildə tamamlanıb.

Şimali Makedoniya Atəşə Dəstək Komanda və İdarəetmə Sistemi Layihəsi müqaviləsi Şimali Makedoniya Müdafiə Nazirliyinin Türkiyə Respublikası ilə əldə etdiyi ilk tədarük müqaviləsidir və təhvil verilən sistem NATO ölkəsinə ixrac edilən ilk komanda-idarəetmə sistemidir.

Sınaqlarda iştirak edən nümayəndə heyəti tərəfindən bəyənilən sistem ASELSAN tərəfindən istehsal edilən ilk portativ atəşə dəstək komanda-idarəetmə sistemidir.

Şimali Makedoniya sözügedən sistemin alışını davam etdirməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Şimali-Makedoniya  


Bizi "telegram"da izləyin