Ordu.az xəbər verir ki, KJ-3000 olaraq adlandırılan təyyarə Pekinin yerli Y-20 strateji nəqliyyat platformasına əsaslanır və 4 ədəd güclü mühərrikə malikdir.
Ətrafını hərtərəfli daramaq üçün 2 ədəd AESA radarına sahib olduğu da bildirilir.
Çin xəbər mənbələrinə görə, KJ-3000 xüsusilə mübahisəli Cənubi Çin dənizi və Qərbi Sakit okeanda Xalq Azadlıq Ordusunun müşahidə imkanlarını təkmilləşdirəcək.
Bu, həm də Çinin köhnə KJ-500 və KJ-2000 təyyarələrinin daxil olduğu hazırkı AEW&C parkı üzərində əsas təkmilləşdirmə kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az