Rusiyanın BMT-dəki daimi nümayəndəsi: Trampın komandası Ukrayna ilə bağlı maraqlı heç nə təklif etməyib

2025/01/1735893042.jpg
Oxunub: 563     12:27     03 Yanvar 2025    
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası öz siqnallarında Ukrayna böhranının həlli üçün Rusiyaya hələlik maraqlı heç nə təklif etməyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Bunlar nəyəsə hazır olmaqla bağlı aydın olmayan siqnallarıdır. Ancaq indiyə qədər ABŞ-nin yeni administrasiyasından gələn siqnallar bunun bizim üçün maraqlı olacağını göstərmir”, - diplomat deyib.

O əlavə edib ki, son vaxtlar Ukrayna tərəfi də razılaşmaların əldə olunmasında maraqlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin