Türkiyədə terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 42 nəfər saxlanılıb

2025/01/1735892399.jpg
Oxunub: 565     12:08     03 Yanvar 2025    
Türkiyədə son bir həftədə 17 vilayətdə İŞİD-ə qarşı həyata keçirilən "GÜRZ-35" əməliyyatlarında 42 şübhəli yaxalanıb.

Ordu.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.

Qeyd olunub ki, əməliyyatlar Adana, Ankara, Balıkəsir, Batman, Bursa, Bitlis, Diyarbakır, Ədirnə, Qaziantep, İstanbul, Kahramanmaraş, Karabük, Kayseri, Kocaeli, Mardin, Mersin və Şanlıurfada həyata keçirilib.

Əməliyyatlar zamanı tutulan şübhəlilərin terror təşkilatının üzvü olduqları, təşkilatı maliyyələşdirdikləri və sosial media hesabları vasitəsilə təbliğat apardıqları müəyyən edilib.

Əməliyyatlar nəticəsində çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror  


Bizi "telegram"da izləyin