Türkiyə Estoniyaya “Arma” 6×6 ZDV-lərinin tədarükünə başlayıb

2025/01/1735888106.jpg
Oxunub: 614     17:07     04 Yanvar 2025    
Estoniya ordusu üçün “Arma” 6×6 Zirehli Döyüş Vasitəsinin (ZDV) çatdırılmasına başlanılıb.

Ordu.az xəbər verir ki, bu yaxınlarda “Otokar”ın baş direktoru İbrahim Aykut Özüner “Anadolu” Agentliyinin Texnologiyalar Masanında qonaq olub.

Özüner açıqlamasında Estoniya tərəfindən satın alınan “Arma” 6×6 ZDV-lərinin çatdırılmasına başlanıldığını bildirib. 2024-cü ilin son rübündə başlayan çatdırılma proqramının 2025-ci ildə tamamlanması planlaşdırılır.

Özüner Estoniyaya həyata keçirilən tədarüklə bağlı açıqlamasında qeyd edib:

“2023-cü ilin sonunda Estoniya layihəsini aldıq, istehsala başladıq və 2024-cü ilin son rübündə ilk satışlarımızı etməyə başladıq. Estoniya layihəsi 2025-ci ildə davam edəcək. Bu da bizim üçün vacibdir. Estoniya bizim Avropadakı ilk böyük layihəmiz, Rumıniya isə Avropadakı ikinci böyük layihəmizdir. Yerli istehsal olduğundan, bizim üçün strateji əhəmiyyət kəsb edir. Biz Avropa İttifaqı daxilində istehsal qabiliyyətinə nail olacağıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Estoniya  


Bizi "telegram"da izləyin