İsrail Suriyanın şimalında, Hələbdəki hərbi zavodlara hücum edib

2025/01/1735878737.jpg
Oxunub: 535     05:02     03 Yanvar 2025    
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gecə saatlarında Suriyanın Hələb şəhəri yaxınlığında (Dəməşqdən 360 km məsafədə) bir neçə hərbi obyektə raket zərbələri endirib.

Ordu.az-ın məlumatına görə, bu barədə Livanın "Naharnet" portalı xəbər yayıb.

Məlumata görə, təyyarələr Əs-Safira bölgəsindəki müdafiə zavodlarına və silah anbarlarına, eləcə də Hələbin kənarındakı tədqiqat mərkəzinə hücum edib.

Yanvarın 2-də Əs-Suveyda əyalətindəki Xəlhal hərbi aerodromuna hava hücumu həyata keçirilib. Dəməşqdən 20 km cənubda yerləşən keçmiş Suriya ordusunun 90-cı zirehli briqadasının bazası da bombalanıb.

Suriyada keçid hökuməti hakimiyyətə gələndən bəri İsrail Ərəb Respublikasının 13 vilayətində hərbi obyektlərə 400-dən çox hava hücumu həyata keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin