Səudiyyə Ərəbistanı və Suriyanın XİN başçıları görüşüblər

2025/01/1735878476.jpg
Oxunub: 906     09:09     03 Yanvar 2025    
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əl Səud Ər-Riyadda Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə görüşüb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı Feysəl bin Fərhan əl Səud “qardaş Suriyanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyaraq, onun təhlükəsizliyi və sabitliyinə nail olmaq” məqsədi daşıyan bütün səyləri dəstəkləmək mövqeyini təsdiqləyib. Tərəflər Suriyanın dövlət qurumlarının qorunub saxlanması, onun ərəb və İslam dünyasında lazımi statusuna qaytarılması ilə bağlı məsələlərin həlli yollarını müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Suriya  


Bizi "telegram"da izləyin