Tayvan yaxınlığında Çin gəmiləri və təyyarələri müşahidə edilib

2025/01/1735795748.jpg
Oxunub: 597     06:28     02 Yanvar 2025    
Tayvan silahlı qüvvələri adaya yaxınlaşan üç təyyarə və yeddi Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) gəmisini qeydə alıb.

Ordu.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi bu barədə özünün X sosial şəbəkəsində məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Bakı vaxtı ilə səhər saat 02:00-dan əvvəl Tayvan ətrafında üç ÇXAO təyyarəsi və yeddi Hərbi Dəniz Qüvvələri gəmisi müşahidə edilib. Təyyarələrdən üçü median xəttini keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub.

“Vəziyyəti izləyirik və müvafiq tədbirlər görmüşük,” – deyə nazirlik bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin  


Bizi "telegram"da izləyin