Mask Baydeni dövlətə xəyanətdə ittiham edib

2024/12/1734325678.jpg
Oxunub: 544     08:33     02 Yanvar 2025    
ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin administrasiyası ABŞ – Meksika sərhədindəki divar üçün materialları satmaq qərarı ilə faktiki olaraq dövlətə xəyanət edib.

Ordu.az xəbər verir ki, bu barədə amerikalı biznesman İlon Mask sosial şəbəkə bildirib.

“Yüz faiz dövlətə xəyanətdir”, – o vurğulayıb.

Sahibkar bununla sosial şəbəkə istifadəçilərindən birinin Bayden dövründə ABŞ hakimiyyətinin miqrantlar üçün sərhədləri qəsdən açdığını düşündüyü paylaşımını qiymətləndirib.

Daha əvvəl CNN telekanalı məlumat vermişdi ki, ABŞ-nin Miqrasiya və Gömrük Xidməti son maliyyə ilində 271,4 min miqrantı ölkədən deportasiya edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Bayden  


Bizi "telegram"da izləyin