İsrailin Qəzzadakı qaçqın düşərgəsinə hücumu 10 nəfərin ölümünə səbəb olub

2025/01/1735795288.jpg
Oxunub: 563     05:54     02 Yanvar 2025    
İsrail ordusunun Qəzza zolağının cənubundakı qaçqın düşərgəsinə hücumu nəticəsində azı 10 fələstinli həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunisdə yerləşən əl-Məvasi humanitar zonasında məcburi köçkün olan fələstinlilər üçün qurulmuş çadır düşərgəsinə zərbələr endirib və nəticədə 10 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Zərərçəkənlər arasında ən azı üç uşağın olduğu qeyd edilir. Telekanal həmçinin qeyd edir ki, əl-Məvasi ərazisi “humanitar zona” elan edilməsinə baxmayaraq, İsrail hərbçiləri bu əraziyə dəfələrlə hücum edib, yüzlərlə insanı öldürüb və yaralayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin