Ordu.az xəbər verir ki, Müqəddəs Pyotr meydanında toplaşan 30 min insan qarşısında iqamətgahının pəncərəsindən çıxış edən Papa müharibə zonalarında diplomatik səylərin artırılmasını və dialoqun təşviq edilməsini vurğulayıb. O, ədalət və sülh uğrunda çalışanlara minnətdarlığını ifadə edib.
“Qardaşlar, bacılar, müharibə məhv edir. Həmişə məhv edir! Müharibə həmişə məğlubiyyətdir. Sülh üçün mübarizə aparın. Hər bir canlının qayğısına qalaq”, - deyə pontifik bildirib.
Papa Fransisk, həmçinin, xristian ənənələrinə malik ölkələrin liderlərini ən kasıb dövlətlərin borclarını mümkün qədər azaltmaq və ya tamamilə silməklə dünyaya yaxşı nümunə göstərməyə çağırıb.
Ordu.az