FTB tarixində ilk dəfə şübhəli şəxsdən 150 partlayıcı qurğu götürüb

2025/01/1735708462.jpg
Oxunub: 474     04:52     01 Yanvar 2025    
ABŞ Federal Təhqiqat Bürosu (FTB) axtarış zamanı bir şübhəli şəxsdən rekord sayda - 150 partlayıcı qurğu götürüb.

Bu barədə Ordu.az “The Washington Post” qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, saxlanılan şəxs ABŞ prezidenti Co Baydenin portretindən də atəş hədəfi kimi istifadə edib.

Şübhəli Brad Spafford dekabrın 17-də Norfolk yaxınlığındakı fermasında tapançanı qeydiyyatdan keçirməməkdə ittiham edilərək həbs edilib. Nəşr edilmiş məhkəmə sənədlərinə görə, onun yataq otağındakı kürək çantasında və həmçinin fermadakı tövlədə evdə hazırlanmış partlayıcı qurğular tapılıb.

Bundan əlavə, FTB onun əlində partlayıcı materialların və heksametilen triperoksid diaminin istehsalına dair təlimatlar tapıb. Heksametilen triperoksid diamin sürtünmə və ya temperaturun dəyişməsi nəticəsində partlaya bilən olduqca qeyri-sabit maddədir.

FTB materiallarına görə, fermada tapılan partlayıcıların əksəriyyəti yerində məhv edilib, çünki materiallar çox qeyri-sabit olub, daşınma zamanı partlaya bilərmiş.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FTB   ABŞ  


Bizi "telegram"da izləyin