Ordu.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Dnevnik” portalının səsvermə məntəqələrinin bağlanmasından sonra açıqladığı ekzitpolun nəticələri göstərir.
Məlumata əsasən, Milanoviç hazırda səslərin 51,48 %-ni toplayır, onun əsas siyasi rəqibi, hakim “Xorvatiya Demokratik Birliyi” partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primoraç isə səslərin 19,29 %-ni qazanır.
Qeyd edək ki, Xorvatiyada bazar günü keçirilmiş prezident seçkilərində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) səsvermə məntəqələrinin bağlanması ilə başa çatıb və səslərin hesablanmasına başlanılıb.
Ordu.az