Ordu.az xəbər verir ki, Fransa Afrikadakı keçmiş müstəmləkə ölkələrində nüfuzunun azalması ilə üzləşdiyi bir vaxtda Çad və Seneqal Fransanın hərbi mövcudluğunu dayandırmaq barədə qərarlarını açıqlayıb.
2024-cü ilin son ayları Fransa və nəzarət altında saxlamağa çalışdığı Afrikadakı keçmiş müstəmləkə ölkələri üçün mübahisəli və çətin bir dövr olmağa davam edir.
Bu baxımdan Paris Afrikadakı daimi hərbi mövcudluğunu kəskin şəkildə azaldacaq yeni hərbi strategiya hazırlayarkən, iki yaxın müttəfiqi yeni bir addım atıb.
Məlumata görə, Fransanın Afrikadakı ən sabit və sadiq tərəfdaşı hesab edilən Çad Müstəqillik Günündə suverenliyini yenidən müəyyən etmək üçün Fransa ilə müdafiə sahəsində əməkdaşlığı dayandırdığını açıqlayıb.
Bu kontekstdə Seneqalın yeni prezidenti Fransanın “Le Monde” qəzetində dərc olunan müsahibəsində Fransa hərbi qulluqçularının tezliklə Seneqal torpaqlarında olmayacağının açıq-aşkar olduğunu deyib.
Sevinc Əliyeva
Ordu.az