Yəmən husiləri ABŞ-nin MQ-9 PUA-sını vurduqlarını açıqlayıblar

2024/10/2024--1729072936.jpg
Oxunub: 497     22:32     28 Dekabr 2024    
Yəmənin husilərdən ibarət “Ənsar Allah” qruplaşmasının hərbi sözçüsü, briqada generalı Yəhya Sərii dünən axşam saatlarında Yəmənə reydlər təşkil edən ABŞ ordusuna məxsus MQ-9 pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.

Ordu.az əl-Cəziraya istinadən xəbər verir ki, sözçü PUA-nı yerli istehsal olan yer-hava tipli raketlə vurduqlarını deyib.

PUA-nın Yəmənin Beyda vilayətində əməliyyat yerinə yetirmək istəyərkən vurulduğu bildirilir.

Qruplaşma sözçüsü həmçinin PAU-nın sayca vurulan 13-cü pilotsuz təyyarə olduğunu deyib.

ABŞ tərəfdən məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   ABŞ   Husilər  


Bizi "telegram"da izləyin