Sudanda qaçqın düşərgələrinə hücumlar nəticəsində 20 nəfər ölüb

2024/12/1735407664.jpg
Oxunub: 500     21:36     28 Dekabr 2024    
Sudanın qərbində yerləşən Əl-Faşir qəsəbəsində qaçqınlar üçün nəzərdə tutulmuş iki düşərgəyə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələrinin iki hücumu nəticəsində azı 20 mülki şəxs həlak olub, 17 nəfər yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Şimali Darfur əyalətinin səhiyyə departamentinin rəhbəri İbrahim Xatir “Sinxua” agentliyinə bildirib.

Onun sözlərinə görə, ilk hücum PUA, ikinci hücum artilleriya vasitəsilə həyata keçirilib. Çevik Reaksiya Qüvvələri hələ bu hadisələrə görə məsuliyyəti üzərinə götürməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan   Qaçqın-düşərgəsi  


Bizi "telegram"da izləyin