Ordu.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” sosial media hesabında elektrik şəbəkəsindəki kəsilmədən sonra təxribat şübhəsinin artması ilə bağlı paylaşım edib.
Tsahkna bəyan edib ki, Estoniya Müdafiə Qüvvələri “EstLink 1” sualtı kabelini qorumaq üçün dəniz qüvvələri ilə birlikdə patrul fəaliyyətinə başlayıb.
Estoniyanın müdafiə naziri Hanno Pevkur isə “X” hesabında yazıb: “Finlandiya ilə enerji əlaqəmizi qorumaq və təmin etmək üçün donanmamızı “Estlink 1” yaxınlığına göndərmək qərarına gəldik”.
Sevinc Əliyeva
Ordu.az