Çinin kosmosda irəliləyişi ABŞ-ni narahat edir: “Kosmos Qüvvələrini genişləndirməliyik”

2024/12/1735365994.jpg
Oxunub: 413     12:25     06 Yanvar 2025    
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers bildirib ki, Kosmos Qüvvələri Çin və Rusiyadan gələn, artan təhdidlərə qarşı inkişaf etməlidir.

Ordu.az xəbər verir ki, ABŞ Kosmos Qüvvələrinin yaradılmasında mühüm rol oynayan Rocers Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki çıxışında ilk missiyalardan etibarən uzun bir yol keçdiklərini qeyd edib.

“İndi artan təhlükələrə cavab vermək üçün Komsos Qüvvələrinin ölçüsünü artırmaq vaxtıdır”, - deyə o bildirib.

Rocers çıxışında topdan gücün artırılmasını tələb etmədiyi və bunun çətin olacağını bildiyi mesajını verib.

“Missiyanı yerinə yetirmək üçün kifayət qədər insanımız və düzgün adamlarımız olmalıdır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin