Ordu.az xəbər verir ki, Almaniya Bundestaqı yeni nəsil dəniz müdafiə hədəfləri üçün F127 proqramının başladılmasını təsdiqləyib.
10 min ton subasımı qabiliyyətinə malik freqatlar mövcud F124 “Sachsen” sinfinə məxsus gəmiləri əvəz etmək üçün nəzərdə tutulub.
Məlumata görə, Almaniya tərəfindən qəbul edilən bu qərar təkcə F127 proqramını deyil, həm də 4 yeni sualtı qayığın alınmasını və suya buraxılmasını əhatə edən hərtərəfli müdafiə tədarükü planının bir hissəsidir.
Ümumi dəyəri 21 milyard avro olan proqram Almaniya HDQ üçün mühüm modernləşdirmə addımı hesab olunur.
Sevinc Əliyeva
Ordu.az