Türkiyənin müvəqqəti işlər vəkili: "Ərdoğanın Suriyaya səfəri gözlənilir"

2024/12/1734693836.jpg
Oxunub: 645     11:01     22 Dekabr 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür.

Yeni mərhələ barədə danışan diplomatın sözlərinə görə, Suriya-Türkiyə münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini bildirmişdi. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Suriya  


Bizi "telegram"da izləyin