Aİ Ukrayna ilə müharibənin növbəti ildönümünə qədər Rusiyaya qarşı sanksiyalar hazırlayır

2024/10/1728887621.jpg
Oxunub: 503     10:22     22 Dekabr 2024    
Avropa İttifaqı (Aİ) 2025-ci ilin fevralında Ukrayna ilə müharibənin üçüncü ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə "Welt am Sonntag" Aİ-dəki mənbələrə istinadən bildirib.

Qeyd edilir ki, artıq hazırlıq işlərinə başlanılıb.

Növbəti sanksiyalar paketi rəsmi Moskvaya açıq siqnal kimi nəzərdə tutulub: "Məhdudiyyətlər Rusiya iqtisadiyyatının hələ də sanksiyalarla əhatə olunmayan və ya kifayət qədər əhatə olunmayan konkret sahələrinə qarşı tədbirləri ehtiva edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin