Tramp Panama kanalının ABŞ-nin mülkiyyətinə qaytarılmasını tələb edir

2024/12/1734016588.jpg
Oxunub: 579     07:24     22 Dekabr 2024    
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalının ABŞ-yə qaytarılmasına dair çağırış edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, kanaldan ən fəal istifadə edən ABŞ-dir, bu kanal isə Amerikanın iqtisadiyyatında və milli təhlükəsizliyində əsas rol oynayır.

“ABŞ-nin Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq, Panamanın aldığı rüsumlar gülüncdür”,- Tramp qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin