KİV: Səudiyyə Ərəbistanı Almaniyaya terror təhlükəsi barədə üç dəfə xəbərdarlıq edib

2024/12/1734843048.jpg
Oxunub: 506     02:54     22 Dekabr 2024    
Səudiyyə Ərəbistanı iqtidarı Maqdeburqda Milad bazarının ziyarətçilərini avtomobillə vurmuş Talib Əbdülmöhsənin yarada biləcəyi təhlükə barədə Almaniyanın hüquq-mühafizə orqanlarını ən azı üç dəfə xəbərdar edib.

Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Səudiyyə Ərəbistanının xəbərdarlıqlarının konkret məzmunu bəlli deyil. Bundan əlavə, nəşrin mənbələrinə görə, 2023-cü ilin dekabrında Saksoniya-Anhalt Cinayət İşləri İdarəsinə (LKA) T.Əbdülmöhsənin sosial şəbəkələrdəki paylaşımları ilə bağlı şikayət daxil olub. O, paylaşımlarında Almaniyanın Səudiyyə Ərəbistanından olan qaçqınların güman edilən təqibinə görə yüksək qiymət ödəyəcəyini yazıb. LKA əməkdaşları onun bəyanatlarını araşdıraraq təhlükə yaratmadığı qənaətinə gəliblər.

Daha əvvəl “Reuters” agentliyi də Səudiyyə Ərəbistanının Almaniyanın hüquq-mühafizə orqanlarını T.Əbdülmöhsəndən və onun ekstremist baxışlarından qaynaqlanacaq mümkün təhlükə barədə xəbərdar etdiyini yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Almaniya  


Bizi "telegram"da izləyin