Polşa Ukraynaya yeni helikopterlər verib

2024/12/1734802411.jpg
Oxunub: 716     21:03     21 Dekabr 2024    
Polşa Ukraynaya iki "Mi-8" helikopteri və bir "Bell 412" helikopteri təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, helikopterlər Xarkov Milli Daxili İşlər Universitetində təhsil alan gələcək pilotların hazırlanması və təlimi üçün istifadə olunacaq.

"Bell 412-HP" müxtəlif missiyalar, o cümlədən xilasetmə əməliyyatları, yük və sərnişin daşımaları və hərbi tətbiqlər üçün istifadə edilən çoxməqsədli helikopterdir.

"Mi-8" isə yüklərin, sərnişinlərin daşınması, hərbi əməliyyatlar, tibbi təxliyə və xilasetmə missiyaları üçün istifadə edilən çoxfunksiyalı helikopterdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin