“Rheinmetall” Ukraynaya 155 mm-lik artilleriya sursatı barıtı tədarük edəcək

2024/12/Ekran-1734775022.jpg
Oxunub: 16559     19:56     21 Dekabr 2024    
“Rheinmetall” ilə Ukrayna arasında 155 mm-lik artilleriya sursatı barıtı tədarükü üçün 9 milyon avro dəyərində müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, Ukraynanın Rusiya ilə davam edən müharibəsi zamanı artilleriya gücünü artırmaq cəhdləri davam edir.

Bu çərçivədə Almaniyanın “Rheinmetall” şirkəti ilə Ukrayna Müdafiə Nazirliyi arasında 155 mm-lik artilleriya sursatı barıtının tədarükü üçün müqavilə imzalanıb.

“Rheinmetall”ın Ukraynaya təqdim edəcəyi on minlərlə barıt komponenti Ukraynanın artilleriya bölmələrinə mühüm dəstək olacaq.

Bu çərçivədə “Rheinmetall” ilə Ukrayna Müdafiə Nazirliyi arasında 2024-cü ilin son rübündə imzalanan 9 milyon avro dəyərində müqaviləyə əsasən, tədarüklərin 2025-ci ilin yanvarında təhvil verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Ukrayna  


Bizi "telegram"da izləyin