Almaniya Ukraynaya onlarla “Marder” PDM-i göndərəcək

2024/12/1734678637.jpg
Oxunub: 407     11:49     20 Dekabr 2024    
Almaniyanın “Rheinmetall” şirkəti Ukraynaya hərbi yardım çərçivəsində daha 20 ədəd “Marder” Piyada Döyüş Maşınının (PDM) tədarükü üçün sifariş aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, 1A3 “Marder” PDM-lərinin tədarükü üçün sifariş 2024-cü ilin dekabrında maliyyəni təmin edəcək Almaniya hökuməti tərəfindən verilib.

Almaniya şirkəti sifarişin dəqiq dəyərini açıqlamasa da, bunun milyonlarla avro dəyərində olduğu bildirilib.

Sifariş olunan döyüş vasitələrinin 2025-ci ilin birinci yarısında təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, alman şirkəti Ukraynanı daha öncə Almaniya ordusunda istifadə edilən yenilənmiş “Marder” 1A3 piyada döyüş maşınları ilə təchiz etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna   Marder  


Bizi "telegram"da izləyin