İran və BƏƏ xarici işlər nazirləri Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər

2026/06/1782557424.jpg
Oxunub: 197     14:42     27 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi ilə BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan telefon danışığı zamanı regiondakı son hadisələri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər İran ilə ABŞ arasında əldə olunmuş qarşılıqlı anlaşma fonunda Yaxın Şərqdəki son hadisələr barədə fikir mübadiləsi aparıblar.

BƏƏ-nin xarici işlər naziri dialoqun davam etdirilməsinin və diplomatik həll yollarına üstünlük verilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, davam edən diplomatik proses regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək konstruktiv nəticələr verə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BƏƏ  


Bizi "telegram"da izləyin