Ordu.az xəbər verir ki, agentliyin məlumatına görə, neft tankerinin kapitanı gəmiyə naməlum növ mərminin dəydiyini bildirib.
Hadisə nəticəsində gəminin idarəetmə körpüsü zədələnib. Məlumata əsasən, ekipaj üzvlərinin hamısı təhlükəsiz yerdədir.
Hazırda ətraf mühitə dəyən zərər barədə hər hansı məlumat yoxdur.
UKMTO bəyan edib ki, boğazdan keçən bütün gəmilərə yüksək diqqətli olmaları və şübhəli fəaliyyətlərlə bağlı dərhal agentliyə məlumat vermələri tövsiyə olunur.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Sevinc Əliyeva
Ordu.az